1 Fevral, 2011
Nazir Ədliyyə orqanlarındakı korrupsiyadan danışdı

26 nəfər ədliyyədən xaric olunub

220-dən çox ədliyyə işçisi intizam məsuliyyətinə cəlb edilib. 26 nəfər vəzifədən azad və ədliyyə orqanlarından xaric edilib. 

Ədliyyə Nazirliyinin kollegiya iclasında nazir Fikrət Məmmədov bildirib ki, korrupsiyaya qarşı mübarizə üzrə ədliyyə orqanlarında həyata keçirilən tədbirlərə baxmayaraq, neqativ hallar hələ də var.

Nazirliyin internet səhifəsində yerləşdirilmiş xəbərdə bildirilir ki, ədliyyə orqanlarında süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması haqda ciddi tapşırıqlar verilib.

Yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın iclasını keçirib. «Qanunsuz yoxlamalar, korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalıdır» deyən Ramiz Mehdiyev qısa müddətdə problemləri həll etməyi tapşırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!