1 Fevral, 2011
"Türk-erməni dostluğu" abidəsinin söküləcəyi qərarı yoxdu

Türkiyənin Qars Bələdiyyəsinin Məclisi fevralın 1-i və ya 2-də türk-erməni dostluğunun simvolu sayılan abidənin söküləcəyi barədə qərar qəbul edəcək.

Bu barədə APA-ya Qars Bələdiyyəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Özləm Öztürk məlumat verib. Onun sözlərinə görə, qərar verildikdən sonra texniki hesablamalar aparılacaq və abidə söküləcək: “Abidənin başqa bir yerə aparılması məsələsi də var idi. Belə ki, İzmir şəhərinin Karşıyaka bələdiyyəsi bu abidəni bizim bələdiyyədən istəmişdi. Karşıyaka bələdiyyəsinin başqanı da bura gəlmişdi. Onlar abidəni Karşıyakadakı bir parkda ucaltmaq istəyirdilər. Lakin həmin bələdiyyə sonradan bizə abidəni apara bilməyəcəkləri barədə raport göndərdilər. Beləliklə, abidə heç bir yerə aparılmadan yerindəcə söküləcək”.

Xatırladaq ki, “İnsanlıq abidəsi” adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan abidənin tikintisinə 2008-ci ildə başlanılıb. Lakin abidənin tikintisi yekunlaşmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bir müddət əvvəl Qarsa səfəri zamanı bələdiyyə başqanı və digər rəsmilərlə görüşündə deyib ki, tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililər sökülməlidir. O, sözügedən abidənin də eybəcər olduğunu bəyan edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!