4 İyun, 2013
“CASPİAN OİL & GAS - 2013” - FOTOREPORTAJ

“Baku Expo Center” də Xəzəryanı regionunun neft-qaz sahəsində ən böyük tədbir olan və fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq “Xəzər neft və qaz, neftayırma və neft kimyası” (“Caspian Oil & Gas”) sərgi-konfransı keçirilib

Yubiley sərgisi neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğul olan, habelə servis xidmətləri göstərən 28 ölkədən 386 şirkəti bir araya gətirir. Sərgi Mərkəzin 3 pavilyonunda, eləcə də komplekslə yanaşı açıq meydançada keçirilir. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi 5 ölkə sərgidə öz milli qrupları ilə təmsil olunurlar.

600 nümayəndə heyətinin qatıldığı konfransda 50-dən çox məruzəçi çıxış edir. Simsar.az sərgidən fotoreportajı sizə təqdim edir:

Aqşin İbrahimi 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!