1 Fevral, 2011
Seçki Məcəlləsi dəyişir

Bu gün Milli Məclisin 4-cü çağırış yaz sessiyasının ilk iclası keçirilib.

Simsar.az-ın məlumatına görə, gündəliyə 14 məsələ daxil edilib. 

Onların arasında Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi də var.

Millət vəkili Səməd Seyidov Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri haqqında sənədi deputatların diqqətə çatdırıb. Bundan başqa iclasda Milli Məclisin İntizam Komissiyasının yenidən təşkili məsələsinə də baxılacaq.

Gündəliyə daxil edilmiş məsələlər arasında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununa əlavə və dəyişikliklərin edilməsi barədə sənəd də var. Həmçinin “İcbari sığorta haqqında” qanun layihəsi də müzakirə olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!