1 Fevral, 2011
Moskvada azərbaycanlılardan ibarət cinayətkar dəstə saxlanıldı

Cinayətkarlar qadınlara hücum edərək, onları qarət edirmişlər

Yanvarın 31-də axşam saatlarında Rusiya Daxili İşlər Nazirliyi azərbaycanlılardan ibarət soyğunçuluq və qarətlə məşğul olan dəstə saxlayıb. Simsar.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onların bir qismi Moskvaya yeni gəlib, digərlərinin isə daimi qeydiyyatı var. 

Qrupun əsas hədəfi qadınlar olub. Onlar əsasən Lenin prospektində yalnız olan qadınlara hücum çəkib, onların üzərində olan pul və zinətli əşyaları zorla alıblar. Hüquq-mühafizə orqanları dəstənin törətdiyi 2 cinayət hadisəsini üzə çıxarıb. Ancaq belə cinayət hadisələrinin çox olduğu ehtimal edilir.

Yanvarın 31-də dəstə üzvləri növbəti qarəti həyata keçirmək üçün Lenin prospektinə yığışsalar da, milis onları yaxalayıb. Dəstə üzvlərinin hər birini 15 il azadlıqdan məhrumetmə cəzası və 1 milyon rubl məbləğində cərimə gözləyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!