1 Fevral, 2011
Minlərlə misirli Qahirəyə doğru irəliləyir

Minlərlə misirli əyalətlərdən Qahirəyə sabah keçiriləcək «milyonların marşı»nda iştirak etmək üçün yollanıb. Dəmiryolu nəqliyyatını bağlamış hökumət onların qarşısını ala bilməyib.

Paytaxtın Təhrir meydanının yaxınlığında polis nümayişçiləri saxlayıb sənədlərini yoxlayır. Lakin qanun keşikçiləri kütlənin hərəkətinə mane olmurlar. Meydanda isə on minlərlə misirli "Mübarək! Hazırlaş, təyyarə səni gözləyir!" şüarlarını səsləndirirlər.

Müxalifətin planlarına əsasən, sabahkı etiraz aksiyasında bir milyondan artıq insan iştirak etməlidir.

Bu arada general Əhməd Şəfiqin yeni hökuməti Misir prezidentinə and içib. Gözlənilənlərin əksinə olaraq, nazirlərin çoxu vəzifəsində qalıb. Yalnız daxili işlər və maliyyə nazirləri dəyişilib

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!