31 Yanvar, 2011
İranın erməni dostluğunda növbəti addımı

Təbrizdən Ermənistana neft kəməri çəkilməsi razılaşdırıldı!

İrandan Ermənistana çəkiləcək neft kəməri ilə bağlı tərəflər razılaşma əldə ediblər.

Bunu İranın neft naziri Masud Mikazımi Ermənistanın yanacaq və təbii resurslar naziri Armen Movsisyan ilə görüşdən sonra bildirib. 


Masud Mirkazımi deyib ki, kəmər Təbrizdən Ermənistan sərhədlərinə qədər uzanacaq: “Bu, Ermənistana İran nefti hesabına öz enerji tələbatını ödəməyə kömək edəcək”.


O, Ermənistana ixrac ediləcək neft məhsullarının həcmi və şərtlərinin gələcəkdə keçiriləcək görüşlərdə dəqiqləşəcəyini söyləyib.


Armen Movsisyan həm də İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb. Tərəflər İran-Ermənistan dəmiryolunun tikintisi məsələsini müzakirə ediblər.

Xatırladaq ki, İran və Ermənistan arasında bu, Erməni iqtisadiyyatına güclənməsinə xidmət edən ilk hadisə deyil. Məhs son hadisə bir daha təsdiq etdi ki, İran Azərbaycana qarşı qərəzli mövqedədir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!