27 May, 2013
Türkmənistan Ginnesin rekordlar kitabında

.

Türkmənistan yenidən Ginnesin rekordlar kitabına daxil olub. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, Aşqabad dünyanın ən çox mərmərlə örtülü olan şəhəri elan edilib. Ginnesin rəhbəri Creyq Glendale, keçmiş Sovet şəhərlərinə səfər edərək, nəticədə sertifikatı Türkmənistana təqdim edib. Sertifikatda Aşqabadda olan 543 binanın, ümumilikdə 4.5 milyon kvadrat metrlik ərazinin ağ mərmərlə örtülü olduğu bildirilib.
Qeyd edək ki, Aşqabad əvvəllər 6 dəfə Ginnesin rekordlar kitabına düşməyə nail olub. 133 metrlik dünyanın ən hündür bayraq dirəyi, 301 kvadrat metrlik 1.2 ton ağırlığında ən böyük xalı və digərləri həmin rekordlar sırasındadır.

Ülviyyə Cövdətqızı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!