26 May, 2013
140 ÖLKƏNİ HEYRƏTLƏNDİRƏN AZƏRBAYCAN GUŞƏSİ – FOTOSESSİYA

.

Bu gün İzmirdə 11-cisi təşkil olunan Beynəlxalq Türk Dili Olimpiatları Mədəniyyət Festivalının açılış mərasimi keçirilib. Simsar.az-ın İzmirə ezam olunmuş əməkdaşı xəbər verir ki, “İzmir Kültüpark Fuar Merkezi”ndə öncə 140 ölkədən tanıtın stendləri 4 guşədə nümayiş olundu. 
Guşələr içərisində ən böyüyü yenə də Azərbaycana məxsus idi. Azərbaycanın qədim tarixini, mədəniyyətini, mətbəxini əks etdirən ən böyük guşənin nümayişinə qatılanlar da digərlərindən say çoxluğuna görə fərqlənirdi.

Ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin rəsmləri ilə başlayan guşədə Azərbaycanın mədəniyyət inciləri Mömünə Xatun məqbərəsi, İçəri Şəhər, Kız Qalası, Qoşa Qala Qapısı, Yəhya Bakuvi Türbəsi və Sultan Murad Qapısının maketləri hər kəsi heyrətləndirdi.
Guşədə Azərbaycan mətbəxi, şirniyyatları, milli geyimləri, tarixi əşyaları, musiqi alətləri reklam olunur.

Qeyd edək ki, tantım 3 gün davam edəcək.


Elmar Hüseynov
İzmir

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!