24 May, 2013
Spirtli içkilərə dövlət qadağası olacaq

.

Türkiyənin iqtidarda olan partiyası yeni qadağa təklif edib. Simsar.az Türkiyə KİV-ə istinadən məlumat verir ki, Türkiyədə saat 22:00-dan, 06:00-dək spirtli içkilər satılmayacaq. Təklifə hər hansı bir əlavə olmadığı üçün qərar turizm bölgələrinə də şamil olunacaq. İqtidar partiyanın nümayəndəsi Nurəddin Canikli və millət vəkili Cövdət Erdölün birgə hazırladığı bu qərara görə serial, kino və kliplərdə alkoqola həvəs yaradan görüntülərə yer verilməyəcək. Elə bu səbəbdən spirtli içki olan şüşələr və qədəhlər siqaretdə olduğu kimi dumanlı şəkildə təqdim ediləcək.
Qaydalara əməl etməyənlər 2500 manatdan 100 min manata qədər, televiziya qadağasına əməl etməyənlər isə 10 min manatdan 50 min manata qədər cərimələnəcəklər. “Spirtli içki satan mağazalar və cəmiyyətə açıq ərazilərdə, içkini içmək və ya onu daşımaq məqsədilə 18 yaşından kiçik şəxslərə spirtli içki satılması qadağandır” qanununa əməl etməyənlərə də cəza tətbiq edilib. Həmin şəxslər qanuna müvafiq şəkildə 6 aydan 1 ilə qədər azadlıqdan məhrum ediləcəklər.

Ülviyyə Cövdətqızı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!