22 May, 2013
Tatarlar Rusiya konsulluğuna lənət oxuyur

.

Krım tatarları bu gün Rusiyanın Siferepoldakı baş konsulluğunun qarşısında etiraz aksiyası keçiriblər. Simsar.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə əsasən, mitinq iştirakçıları baş konsul Vladimir Andreyevi Rusiya üçün rüsvayçılıq adlandırıb. Onların buranı tərk etmələrini tələb ediblər. Aksiyaya əsas səbəb isə Rusiyanın çəkdiyi "15 dəqiqə” filmi olub. Orda ikinci dünya müharibəsində krımlarla bağlı hissə düzgün göstərilməyib. Qeyd edək ki, 1944-cü ildə Krım tatarlarının deportasiyasını Sovetlər həyata keçirib. Bunların böyük əksəriyyəti də Mərkəzi Asiyada 180000 nəfər olmaqla deportasiya olunub.

Aynur Bayramova




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!