22 May, 2013
«WORLDFOOD AZERBAIJAN-2013» – FOTOREPORTAJ

Bakıda “Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi işə başladı

Simsar.az-ın məlumatına görə sərgidə 31 ölkədən 179 şirkət iştirak edir. Bu şirkətlərdən 63-ü yerli, 116-sı isə xarici şirkətlərdir. Sərginin ümumi sahəsi 3 480 kv. metrdir. Eksponentlərin ümumi sayının 38%-ni təşkil edən yerli şirkətlər sərgidə böyük fəallıq göstərir. Ötən illə müqayisədə sərginin sahəsi 47% artıb, həmçinin qida üzrə sərgi 27%, kənd təsərrüfatı sahəsi üzrə isə 82% artım olub. Sərgidə göstərilən ümumi ekspozisiyaların 38%-ni yerli, 62%-ni isə xarici şirkətlər tutur. Sərgidə ənənəvi olaraq, MDB ölkələri və Avropadan olan şirkətlər üstünlük təşkil edir.

İlk dəfə olaraq, “WorldFood Azerbaijan” sərgisində kommersiya təşkilatları ilə yanaşı, Latviya, Belçika və İranın milli qrupları da iştirak edəcək. Bu il sərginin tarixində ilk dəfə olaraq Özbəkistan və İordaniya şirkətləri də tədbirə qatılıb.

Qeyd edək ki, üç gün davam edəcək sərgi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” və “ITE Group plc.” şirkətləri çıxış edir.
Xatırladaq ki, sərgi may ayının 24-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.

Aqşin İbrahimi

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!