29 Yanvar, 2011
XİN dən Misir inqilabı ilə bağlı bəyanat

XİN: Misirdə baş verən iğtişaşlar nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur

“Azərbaycanın Qahirədəki səfirliyi adi rejimdə fəaliyyət göstərir”

Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycanın Misirdəki səfirliyi işini adi qaydada davam etdirir və iğtişaşlar nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.

Onun sözlərinə görə, səfirlikdə daim növbətçi var: “Ayrılmış xüsusi telefon xətti vasitəsilə növbətçi kömək üçün müraciət etmiş Azərbaycan vətəndaşlarına yardım göstərməyə hazırdır. Səfirlik Misirdə yaşayan Azərbaycan vətəndaşları ilə - onların əksəriyyəti Qahirə universitetlərində təhsil alan tələbələrdir - əlaqə saxlayır və onlar müraciət edərsə, köməklik edə bilər”.

Qeyd edək ki, Misirlə telefon əlaqəsi çətinliklə qurulur. Bu ölkədə mobil rabitə və internet kəsilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!