29 Yanvar, 2011
Rusiyada içkili adam maşın sürə biləcək

Sükan arxasında spirtli içkilərin istifadəsinə icazə veriləcək

Rusiya hökuməti avtomobil sükanı arxasında spirtli içkilərin istifadəsinə qoyulan qadağanı ləğv edə bilər.

“APA-ECONOMICS”in Rusiyanın “autonews.ru” portalına istinadən xəbərinə görə, bununla bağlı qanunvericilikdə ediləcək dəyişiklər artıq hazırlanır.

Rusiya parlamentinin nəqliyyat üzrə komitəsi avtomobil sükanı arxasında spirtli içkilərin istifadəsi üçün «Yol hərəkətinin təhlükəsizliyi haqqında» qanuna və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər hazırlayır. Dəyişikliklərə əsasən, sükan arxasında olarkən etanolun qanda 0 dərəcə olması ləğv edilərək 0,2-0,3 promil (bir ədədin mində biri) olmasına icazə veriləcək. Dəyişikliklərə artıq bu il Rusiya parlamenti tərəfindən baxıla bilər.

Qeyd edək ki, Rusiya bu addımı imic baxımından atmaq niyyətindədir. Belə ki, hazırda Rusiyanın qanunları beynəlxalq qanunlara ziddir. Məsələn, yol hərəkəti haqqında Vyana Konvensiyasında sükan arxasında olan insanların qanında 0,8 qram (hər litrə görə) təmiz alkoqolun olmasına icazə verilir. Bununla yanaşı, konvensiyada qeyd olunur ki, hər bir insanın qanında onun spirtli içki içib-içməməsindən asılı olmayaraq müəyyən həə təbii etanol mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatı isə 0,8 qram etanolun qanda olması insanın koordinasiyası, hərəkətinə və sürücünün diqqətinə təsir etmədiyini bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!