29 Yanvar, 2011
İranda Niderland vətəndaşı edam olunub

Bu gün İranda Niderland vətəndaşı olan bir qadın edam olunub.

“Agence France-Presse”yə istinadən xəbərinə görə, Zəhra Bəhrami adlı qadın həm də İran vətəndaşlığına malik olub.

Z.Bəhrami narkotiklərin yayılmasına görə asılmaqla edam cəzasına məhkum edilib. İran mətbuatının yazdığına görə, o, 2009-cu ilin dekabrında 1 kq-dan artıq narkotik vasitə ilə birgə yaxalanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!