28 Yanvar, 2011
FİFA AFFA-ya 550 min dollar verəcək

FİFA-nın maliyyə idarəsi təşkilatın 4 illik dövr üçün gəlirləri barədə hesabatını yekunlaşdırıb.

Rəsmi hesabat martda açıqlanacaq. Lakin gəlirin 3,4 milyard dollar olacağı gözlənilir. Bu məbləğ əsasən 2010-cu il dünya çempionatının həddən artıq yüksək səviyyədə keçirilməsi nəticəsində əldə olunub. Bununla əlaqədar FİFA hər bir milli assosiasiyaya 300 min dollar köçürməyi planlaşdırır. Üstəlik, hər il ali futbol qurumunun gəlirlərinin bir hissəsi olaraq, üzv ölkələrə daha 250 min dollar veriləcək. Beləliklə, digər ölkələrin milli assosiasiyaları kimi AFFA-ya da cəmi 550 min dollar ödəniləcək. 


Üstəlik, FİFA-ya üzv olan 6 konfederasiyaya isə 2,5 milyon dollar çatacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!