16 May, 2013
Jirinovski Qırğızıstanda “xoşagəlməz insan” elan edildi

.

Qırğızıstan millət vəkili: Jırnovski bizim suverenliyimizə təcavüz edir
Qızrğızıstanın Rusiya tərəfindən 500 milyon dollarlıq borcunun silinməsi qarşılığında İssık-Gölünün Rusiyaya hədiyyə verilməsini təklif edən Vladimir Jirnovski, Qırğızıstanda “xoşagəlməz insan” elan edilib. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, Qırğızıstan Parlamenti ümumi səs vermə ilə qərarı qəbul etməklə yanaşı, məsələnin etik baxımdan araşdırılması üçün Rusiya Dumasına məktub göndərməyə də qərar verib.
Jırnovskiyə “xoşagəlməz insan” adı verilməsi təklifini Qırğızıstanın Ata-Yurd Partiyası millətvəkili Yıldızxan Yoldaşova verib. O öz çıxışı zamanı “Jırnovskiyə bu cür danışmaq hüququnu kim verib? Bu bizim suverenliyimizə təcavüzdür” fikirlərini səsləndirib.
Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jırnovskiy fikirlərinin qırğızlar tərəfindən səhv başa düşüldüyünü qeyd edərək “Mən rəsmi açıqlama verməmişəm. İki ölkə arasında əlaqələrin daha yaxşı təşkili üçün bir yol təklif etdim. Rusiya, Qırğızıstanın borclarının ödənməsinə kömək edir. Qırğızıstan da bunu qarşılığında bir şey verməlidir. İssık-Gölünün hədiyə kimi verilməyəcəyini bilirəm ancaq Rusiyaya 49 illiyinə kirayə verilə bilər” söyləyib. Jırnovski Parlamentin bu qərarını səhv adlandıraraq, Qırğızıstan Xarici İşlər Nazirliyinin qərarı dəstəkləmədiyini bildirib.

Ülviyyə Cövdətqızı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!