16 May, 2013
TÜRKPA-nın baş katibi Qırğızıstana gedir

.

TÜRKPA-nın dördüncü plenar sessiyasına hazırlıq məqsədilə TÜRKPA baş katibi Ramil Həsənovun may 17-də Qırğızıstan parlamentinin sədri Asilbek Jeenbekovla görüşü nəzərdə tutulur.

Simsar.az xəbər verir, görüşdə TÜRKPA-nın fəaliyyəti, beynəlxalq katiblik tərəfindən il ərzində görülmüş işlər, beynəlxalq təşkilatlar ilə qarşılıqlı əməkdaşlıq istiqamətində həyata keçirilən layihələr və gələcək planların müzakirə edilməsi planlaşdırılır.

Eyni zamanda iyunun 10-12-də Ankara şəhərində keçiriləcək TÜRKPA-nın dördüncü plenar sessiyasına hazırlıq prosesi ilə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Səfərdə TÜRKPA baş katibini təşkilati və administrativ işlər departamentinin müdiri Ələsgər Ağayev müşayiət edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!