15 May, 2013
Latviya prezidenti Türkmənistanda

.

Latviya prezidenti Andris Berzins rəsmi təmaslar üçün Türkmənistanın paytaxtı Aşqabata gedib. Simsar.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, səfərin ilk günündə Berzins, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov ilə görüşüb. Berzins Oğuzhan Köşkündə rəsmi mərasimlə qarşılanıb. Görüşdən sonra iki ölkə arasında terror və narkotiklə mübarizə ilə təhsil və turizm sahələrində əməkdaşlıq müqavilələri imzalanıb. Daha sonra iki lider, mətbuata açıqlama verib. 
Berzins Avropa Birliyinə başçılığı edəcəkləri 2015-ci ildə Türkmənistan ilə AB əlaqələrinin daha da artırılması üçün səy göstərəcəklərini bildirib və AB-nin Türkmənistanın enerji təhlükəsizliyi cəhdlərini dəstəklədiklərini deyib.
Berzins Türkmən və Latviya iş adamlarının qatıldığı İş Forumunda da iştirak edib.


İlknur Salamova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!