27 Yanvar, 2011
avropa qaçqınların şikayətinin dövlətin istiqamətləndirdiyini bəyan etdi

Jan-Pol Kosta: Belə şikayətlərə baxmaq, AİHM-in funksiyalarına bir qədər uyğun deyil.

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) sədri Jan-Pol Kosta mətbuat konfransı keçirib.

Məhkəmə sədri müxtəlif məsələlərlə yanaşı, APA-nın “Çıraqov və başqaları Ermənistana qarşı” işinə dair sualını da cavablandırıb. O, 2010-cu ilin 15 sentyabrında AİHM-də simmetrik xarakter daşıyan iki şikayətlə bağlı dinləmələrin keçirildiyini bildirib: “Bilirsiniz, həmişə münaqişələrin acı nəticələrini mülki, sadə insanlar çəkir. Ötən əsrin 90-cı illərində başlayan münaqişələrin bəziləri “dondurulmuş” və ya “soyuqlaşdırılmış” vəziyyətdə qalır. Sözügedən şikayətlərlə bağlı AİHM bir neçə aydan sonra, çox güman ki, bu ilin yayına qədər qərar verəcək. Tarixlə bağlı öhdəlik götürmək istəmirəm. Lakin hər iki tərəfdən məhkəməyə göndərilən şikayətlər dövlətlərarası şikayətlərə oxşayır, onların kökündə dövlətlər arasındakı fikir ayrılığı durur. Belə şikayətlərə baxmaq, AİHM-in funksiyalarına bir qədər uyğun deyil. Bu cür siyasi problemlər hüquqi deyil, siyasi yolla daha asan həll olunur. Biz Beynəlxalq Ədalət Məhkəməsi deyilik. Lakin bir halda ki, məhkəməyə şikayətlər daxil olub, onları nəzərdən keçirib qərarımızı verəcəyik”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!