27 Yanvar, 2011
ARTIQ VAXTINDA MÜAYİNƏ İLƏ XƏSTƏLİYİN QARŞISINI ALMAQ MÜMKÜNDÜR

ALİMLƏR İN APARDIĞI YENİ ÜSUL İNQİLABİ YENİLİKƏ NƏTİCƏLƏNİB

Amerikada bir qrup tibb aliminin araşdırma apardıqların yeni üsul qan testi tibb dünyasında inqilabi yeniliklə nəticələnib. Bu üsulla xərçəngli hüceyrələri müəyyənləşdirmək mümkündür. Alimlər bu araşdırmanı uzun illərdir aparır. 2004-cü ilə bu qan testi vasitəsi ilə xərçəngli hüzeyrələrin sayını müəyyənləşdirmək mümkün idi. Amma 6 il sonra alimlər bu üsulu daha da təkmilləşdirərək xəstə hüceyrəni müəyyənləşdirə biliblər. Alimlər bu kəşfin xərçəng xəstəliyinin müalicəsində dönüş nöqtəsi olacağını düşünürlər. Çünki milyonlarla hüceyrə arasında bir dənə də olsa xərcəngli hüceyrəni müəyyənləşdirmək mümkündür. Alimlər artıq vaxtında müayinə ilə xəstəliyin qarşısını almağın mümkün olacağını deyir. Alimlər bu müalicə üsulunu daha da təkmilləşdirmək istəyir. Bununla belə bu üsulun cari ildə tətbiqinə başlanılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!