6 May, 2013
Nursultan Nazarbayev Pasxa münasibətilə xristianları təbrik etdi

..

Qazaxıstan prezidenti Nursultan Nazarbayev, ölkədə yaşayan xristianlarını Pasxa bayramı münasibətilə təbrik edib. Simsar.az xəbər verir ki, N.Nazarbayev çoxdinli ölkə olan Qazaxıstanda xalqın, din və etnik mənşəsinə fərq qoyulmadan dini bayramlarına əhəmiyyət verdiyini söyləyib. O, dini bayramların sevincini paylaşmağın xalqın mənəviyyatının yüksəlməsini təmin etdiyini qeyd edib: “Qazaxıstan xalqına sağlamlıq, yaxşılıq və rifah arzulayıram”

16 milyon əhalisi olan Qazaxıstanda xristiyanlar əhalinin 26% ini təşkil edir. Bütün xristianlar tərəfindən qeyd olunan Pasxa bayramında, kilsələrdə təşkil edilən ayinlərdən başqa qeyd olunduğu ölkəyə görə, fərqli ənənələr də var. Bayram zamanı Qazaxıstanda daha çox xristianlar bir-birinə Pasxa yumurtası və Pasxa çörəyi (kuliç) hədiyyə edirlər.

İlknur Salamova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!