4 May, 2013
Aybəniz Haşımovanın tələbəsi birinci oldu - FOTOSESSİYA

.

Əməkdar artist Aybəniz Haşımovanın rəhbəri olduğu “Bülbüllər” qrupunun üzvlərinin uğuru davam edir. Eurovisionda Azərbaycanı təmsil etmək üçün vəsiqə qazanan “Bülbüllər”in üzvü Fərid Məmmədovdan sonra qrupun digər üzvü Zülfü Əsədzadə də uğura imza ataraq pedaqoqunu sevindirib. O, ötən gün Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Dram Teatrında təşkil olunmuş Universitetlər arası ifaçılıq festivalında estrada janrı üzrə rəqiblərini geridə qoyaraq 1-cilik əldə edib. Bu haqda simsar.az-a əməkdar artist məlumat verib. Sevincini bizimlə bölüşən Aybəniz xanım bunca zəhmətinin hədər olmadığını dilə gətirərək tələbələrinin Azərbaycan musiqisində qazandıqları uğurlardan dolayı özünü xoşbəxt sandığını qeyd etdi. 
Məlumat üçün bildirək ki, “Bülbüllər” qrupunun ən gənc üzvü Zülfi Əsədzadə hazırda Mədəniyyət və İncəsənət universitetinin estrada fakültəsinin 1-ci kurs tələbəsidir.

Azər

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!