27 Yanvar, 2011
Tələbə dəm qazından boğularaq ölüb

Bakıda tələbə qız dəm qazından boğulub.

Yasamal rayon Polis İdarəsindən bildirilib. Hadisə dünən axşam saatlarında qeydə alınıb. Azərbaycan Dövlət İdarəetmə Akademiyasının 1-ci kurs tələbəsi, Sədaqət Mirzəyeva kirayə qaldığı evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!