27 Yanvar, 2011
MİSİRDƏ YENİ TOQQUŞMALAR

İki nəfər ölüb

Misirdə yanvarın 25-dən başlayan gərginlik davam edir. Daxili İşlər Nazirliyi kütləvi aksiyalara qadağa qoysa da, yanvarın 26-da paytaxt Qahirədə və Süveyş şəhərində aksiyalar keçirilib. Qahirədəki toqquşmalarda 1 aksiyaçının və 1 polis əməkdaşının həlak olduğu bildirilir. Müxtəlif şəhərlərdə 700-dən çox aksiyaçı saxlanıb. 

Kütləvi aksiyaların əsas tələbi prezident Hüsnü Mübarəkin istefasıdır. Hüsnü Mübarək Misirə 1981-ci ildən prezidentlik edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!