27 Yanvar, 2011
İLHAM ƏLİYEVİN DAVOS GÖRÜŞLƏRİ

Dövlət başçısı enerji məsələlərini müzakirə edib

İsveçrə səfərində olan İlham Əliyev Davosda görüşlər keçirib. AzərTAC-ın məlumatına görə, dövlət başçısı “Edison” şirkətinin baş icraçı direktoru Umberto Kuadrino ilə görüşündə şirkətlə Azərbaycan Dövlət Neft Şirkəti arasında əməkdaşlıq, “Cənub dəhlizi” və Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihələri ilə bağlı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

Yanvarın 26-da İlham Əliyev “TeliaSonera Eurasia” şirkətinin prezidenti Tero Kivisaari, “Huawei Technologies” Korporasiyasının sədri Sun Yafanq, “Statoil ASA” şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund, “SK Group” şirkətlər qrupunun sədri Çey Tae-vonla da bir araya gəlib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!