26 Yanvar, 2011
Bakıda ağac ata ilə oğlunun üstünə aşıb, ata ölüb, 4 yaşlı uşaq isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bakının Nizami rayonunda faciəli hadisə baş verib. Bu barədə Simsar-a Rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün saat, 15.00 radələrində, rayonun Bəhruz Nuriyev küçəsində, “Siyaqut” şadlıq sarayının yaxınlığında qeydə alınıb. Yol kənarındakı iri gövdəli ağac ata ilə azyaşlı uşağın üstünə aşıb. Nəticədə, 43 yaşlı Elçin Əzizov hadisə yerindəcə keçinib. Onun 4 yaşlı oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!