26 Yanvar, 2011
Prezident İlham Əliyev Davosa gedib

Azərbaycan prezident İlham Əliyev yanvarın 26-da İsveçrəyə yola düşüb.

Simsar-ın məlumatına görə, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Səfərin məqsədi Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etməkdir.

Forum yanvarın 26-30-da keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!