26 Yanvar, 2011
Güləşçilərimiz Ukraynada 4 medal qazandı

Ukraynanın Zaporojye şəhərində Yevgeni Truxinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb.

Güləş Federasiyasından Simsar.az xəbər portalına verilən məlumata görə, turnirdə iştirak edən yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamız 4 medal – 1 qızıl, 2 gümüş və 1 bürünc qazanıb. 

Məşqçilər Orxan Əliyev və Nazim Əhmədovun başçılığı altında Ukraynaya yollanan 8 idmançıdan 4-ü Vətənə medalla qayıdır. Nurlan Əsgərov (55 kq) bütün rəqiblərindən üstün olaraq qızıl medala yiyələnib. Niyaməddin İbrahimov (74 kq) və Zaur Mehrəliyev (120 kq) yalnız final görüşündə uduzub və gümüş medala layiq görülüb. Bürünc medalı isə, komandamıza Rövşən Tağıyev (60 kq) qazandırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!