24 Aprel, 2013
İvanişvili Ahıska türkləri ilə bağlı söz verdi

.

Gürcüstan Baş naziri Bidzina İvanişvili Strasburqda keçirilən Avropa Şurası Parlament Məclisində Ahıska türklərinin geri dönüşünü təmin edəcəyinə söz verib. Simsar.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, B.İvanişvili indiyə qədər dönüş üçün müraciət edən 700 nəfərin bütün hüquqlarına qovuşduğunu söyləyib: “Qarşıdakı 5 il içərisində anavətənlərinə qayıtmaq istəyən Ahıska türklərinin dönüşü tamamlanacq və hamısına vətəndaşlıq haqqını qaytaracağıq”.

B.İvanişvili bu məsələ üçün xüsusi bir komissiya yaratdıqlarını bildirib və prosesi tamamlayacağına söz verib.

Ölkədəki digər etnik azlıqların vəziyyətinə də toxunan İvanişvili, onların gürcü dilini öyrənməkdə çətinlik çəkdiklərini və uyğunlaşma problemi yaşadıqklarını, lakin hökumətin bu mövzuda lazımlı addımları atacağını qeyd edib.

İlknur Salamova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!