26 Yanvar, 2011
ABŞ hökuməti sosial proqramların maliyyələşdirilməsini dondurmaq istəyir

Bakı - APA-ECONOMICS. ABŞ prezidenti Barak Obama bir sıra sosial proqramların maliyyələşdirilməsini ixtisar etmək hesabına təxminən 400 mlrd. dollar vəsaitə qənaət etmək qərarına gəlib.

“APA-ECONOMICS”in xəbərinə görə, Ağ Ev başçısı bunu “Ölkədəki işlərin vəziyyəti haqqında” məruzə ilə ABŞ Konqresi qarşısında çıxış edərkən bildirib.

“İllik daxili xərcləri yaxın beş il ərzində dondurmağı təklif edirəm. Bu, yaxın 10 ildə büdcə kəsirini 400 mlrd. dollar həcmində ixtisar etməyə imkan verəcək” - deyə prezident qeyd edib.

Vəsait ayrılmasının dondurulması gözlənilən proqramlar ABŞ-ın hazırkı büdcəsinin 12%-ni (3,7 trln. dollar) təşkil edir. Bu proqramlar arasında ahıllara və aztəminatlı vətəndaşlara dövlət tibbi xidmət proqramları da var.

ABŞ prezidenti ölkənin neft-qaz şirkətlərinin istifadə etdiyi vergi güzəştlərinin (hər il təxminən 4 mlrd. dollar) zəruriliyini vurğulayıb, yeni iş yerlərinin açılmasının vacibliyindən söz açıb. O, eyni zamanda ABŞ vətəndaşlarının işə düzəlməsində dövlətin özəl biznesə yardım etmək niyyətində olduğunu dilə gətirib.

Ekologiya problemlərinə toxunan B.Obama ABŞ vətəndaşlarını daha çox elektromobil və hibrid mühərrikli avtomobillər almağa çağırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!