26 Yanvar, 2011
BƏXTİYAR HACIYEV PROKURORLUQDA İFADƏ VERİB

Keçmiş namizəd əsgərliyə getməməklə bağlı dindirilib

Deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev bu gün saat 11.00-da Gəncə Prokurorluğunda ifadə verib. O, yanvarın 25-də deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev Gəncə şəhər prokurorluğunda 5 saat dindirilmişdi. Ona əsasən hərbi xidmətdən möhlətlə bağlı suallar veriblər. Keçmiş namizəd Gəncədən çıxmamaq şərti ilə azadlığa buraxılıb. 
Bəxtiyar Hacıyev deyir ki, hərbi xidmətdən yayınma ittihamı ilə onun barəsində cinayət işi açılıb.
O, ayın 24-də Gürcüstana gedərkən Qazax rayonunda sərhəd-keçib məntəqəsində saxlanılıb.
Bəxtiyar Hacıyev 2007-ci ildə təsisçisi olduğu www.susmayaq.biz saytına giriş əngəlləndikdən sonra da həbs olunmuşdu. O, Nərimanov rayon Məhkəməsinin qərarı ilə 12 sutka həbs cəzasına məhkum edilmişdi. Həmin ərəfədə www.susmayaq.biz saytı Tarif Şurasının Azərbaycanda enerjidaşıyıcıların qiymətlərinin qaldırılması barədə verdiyi qərara etiraz olaraq imzatoplama kampaniyasına başlamışdı. Bunda əvvəl isə Bəxtiyar Hacıyev «Təhsildə rüşvətə YOX deyək!» hərəkatının təşkilatçısı kimi etiraz piketlərində tutulmuşdu.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!