26 Yanvar, 2011
Faiq Ağayevin atası vəfat edib

Azərbaycanın xalq artisti Faiq Ağayevin ailəsinə itki üz verib.

SİMSAR.az-ın məlumatına görə, bu gün səhər xalq artistinin atası Balağa Ağayev 71 yaşında dünyasını dəyişib. Son zamanlar səhhətində ciddi problemlər yaşanan Balağa Ağayev dünən müalicə aldığı Mərkəzi Klinik xəstəxanasından evə gətirilib və elə öz evində dünyasını dəyişib. 

Allah rəhmət eləsin.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!