22 Aprel, 2013
Aşıq Ələsgər Tağıyevin yaradıcılıq gecəsi oldu - FOTOSESSİYA

.

“Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutu” İctimai Birliyin dəstəyi ilə şənbə günü Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ustad aşıq Ələsgər Tağıyevin yaradıcılıq gecəsi keçirilib. Gecədə deputat Qənirə Paşayeva, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, filalogiya elmləri doktoru, professor Qəzənfər Paşayev, AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini, filalofiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filalogiya elmləri doktoru, professor Nəsir Əhmədli və başqa siyasi-ictimai xadimlər iştirak edirdilər. Tədbirin aparıcısı AMEA-nın Folklor İnstitutunun “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, filalogiya elmləri namizədi Elxan Məmmədli idi.
“Çopur Ələsgər” ləqəbi ilə tanınan ustad aşıq 1930-cu ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Ömrünün 55 ilini aşıq sənətinə həsr etmiş ustad aşıq bu sənətin sirlərini aşıqlar Hüseyin Rzayev və Əkbər Cəfərovdan öyrənib. 30-dan artıq məhəbbət və qəhrəmanlıq dastanı bilən aşıq Çopur Ələsgər özü də uzun illərdir sənətinin sirlərini özündən sonra gələn nəslə öyrətməkdədir.
Yaradıcılıq gecəsində tanınmış aşıqlar çıxış edərək səbəbkarın sözlərindən ibarət aşıq mahnılarını tamaşaçılara təqdim ediblər.

Azər

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!