25 Yanvar, 2011
TERRORÇUNUN QOPMUŞ BAŞI TAPILDI

Kamikadzenin şəxsiyyətini müəyyənləşdirə bilmirlər

Simsar.az-ın “Life News”ə istinadən verdiyi məlumata görə, şəkil cinayətkarın tanınması üçün Şimali Qafqaz xüsusi xidmət orqanlarına göndərilib.

Mütəxəssislər şəkli bütün məlumat bazaları ilə yoxlayaraq terrorçunun şəxsiyyətini müəyyən etməyə çalışırlar. Partlayışı həyata keçirən şəxsi terror aktının bir çox şahidləri görüb. Amma onların hamısı cinayətkarı daha çox arxa hissədən görüb. Düsseldorfdan gələn təyyarəni gözləyən Artyom Jilenkov terrorçunun onun gözləri qarşısında partladığını bildirib: “Qara gödəkcə, qara papaqda olan, heç nə ilə seçilməyən şəxs. Başqa nəsə yadımda qalmadı. Mən onu daha çox arxadan görürdüm. O, tikə-tikə oldu”.

Partlayışdan sonra təxminən 30-35 yaşlı terrorçunun ancaq başı qalıb. Belə zədələrin xarakteri onu göstərir ki, bomba onun bədəninə bağlanıbmış.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!