15 Aprel, 2013
“Google”nin məşhur riyaziyyatçı – “Doodle”si

.

“Google” ana səhifəsində yer verdiyi interaktiv Doodle ilə isveçrəli riyaziyyatçı Leonard Eulerin ad gününü qeyd edib. Simsar.az xəbər verir ki, “Google” məşhur riyaziyyatçının 306-ıncı ad gününü unutmayıb. Ən müasir riyazi terminologiyanı təqdim edən L.Euler, həmçinin astronomiya sahəsində etdiyi araşdırmalarla da elm dünyasında məşhurlaşıb. XVIII əsrin ən əhəmiyyətli riyaziyyatçısı olan L.Euler 15 Aprel 1707-ci ildə Bazel şəhərində doğulub. Müəllimi dövrün qabaqcıl avropalı riyaziyyatçılardan Johann Bernoulli olub. Eyni zamanda Euler ailəsinin yaxın dostu olan Bernoulli, oğlunun keşiş olmasını istəyən atanı razı edərək, L.Eulerin mükəmməl bir riyaziyyatçı olmasına imkan yaradıb.

Leonard 1741-ci ildə Prusya Kralı Böyük Frederikin təklifini qəbul edərək Berlin Akademiyasına gəlib. Berlində 25 il yaşayan Euler bu müddətdə 380-dən çox məqalə yazıb. Böyük Katerinanın taxta keçməsindən sonra, 1766-ci ildə Rusiyaya gedən Euler burada bir çox faciə ilə qarşılaşıb. 1771-ci ildə meydana gələn yanğın hadisəsi bütün əmlakının məhv olmasına səbəb olub. Üç il sonra 40 illik həyat yoldaşı Katharinayı itirib.

L.Euler 17 sentyabr 1783-cü il tarixində alim Anders Johan Lexell ilə yeni kəşf edilən Uran planeti haqqında söhbət edərkən beyin qanaması keçirib və bir neçə saat sonra ölüb.


İlknur Salamova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!