13 Aprel, 2013
“Türkiye Müzik Ödülleri”ni qazananlar – SİYAHI

.

Bu il 19-cusu təşkil edilən “Türkiye Müzik Ödülleri” İstanbul Konqres Mərkəzində həyata keçirilən mərasimlə sahiblərinə verilib. Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 1995-ci ildən bəri “Kral Musiqi Mükafatları” adıyla təşkil edilən və bu ildən etibarən Türkiyə Musiqi Mükafatları adını alan mərasimdə iş, sənət və musiqi dünyasından çox sayda məşhur iştirak edib. 200 münsifdən ibarət olan və 4 milyon səsin istifadə edildiyi gecə Murat Bozun mahnısı ilə açılıb. Mərasimdə yaxın vaxtlarda həyatını itirən məşhur sənətçisi Müslüm Gürses, Halil Sezainin ifasındakı “Adını Sen Koy” mahnısı ilə yad edilib.

Mərasim zamanı məşhur sənətçi Orhan Gəncəbay “Ən yaxşı layihə” üzrə mükafatını Bülent Ərsoyun əlindən alıb.

Bu ilki 2013 Türkiyə Musiqi Mükafatlarını qazananlar isə bunlardır:

Ən yaxşı çıxış edən müğənni: Mehmet Erdem
Ən yaxşı xüsusi film musiqisi: Yıldıray Gürgen (Evim Sənsən)
Ən yaxşı xüsusi seril musiqisi: Aytekin Ataş (Möhtəşəm Yüzil)
Ən yaxşı Qrup: Seksendört
Ən yaxşı klip: Ziynet Sali - Hər Şey Gözəl Olacak
Ən yaxşı layihə: Orhan Gəncəbay-“Orhan Gəncəbayla Bir Ömür”
Ən yaxşı remix: Geri Dönüş Olsa - Emre Kınay
Ən yaxşı düet: Soyuq Otaqlar - Emre Aydın & Gülden Xoşbəxt
Ən yaxşı instrumental albom: Dönmez Yol - Erkan Oğur
Ən yaxşı albom: Es - Mustafa Ceceli
Ən yaxşı qadın müğənni: Göksel
Ən yaxşı kişi müğənni: Mustafa Ceceli
Ən yaxşı single: Beni biraz da böyle hatırla - Emre Aydın
Ən yaxşı mahnı: Türkan - Demet Akalın

İlknur Salamova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!