24 Yanvar, 2011
Gənclərə həsr olunan konsert keçiriləcək

Tədbirdə simfonik orkestiri çıxış edəcək

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yanvarın 28-də Dövlət Filarmoniyasında Beynəlxalq Gənclər İlinə və 2 Fevral Gənclər Gününə həsr olunmuş “Gəncliyin səsi” layihəsi çərçivəsində konsert keçiriləcək. 
Tədbirdə gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Simfonik Orkestri çıxış edəcək.
Konsert proqramında ilk dəfə gənc bəstəkarların - Ayaz Qəmbərli, Türkər Qasımzadə, Said Qəni, Tahir İbişov əsərlərinin səslənəcəyi nəzərdə tutulub. Konsertin solisti gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Zakir Əsədov olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!