22 Yanvar, 2011
İran ABŞ-la nüvə danışıqları aparmaqdan imtina etdi

İran ABŞ-la nüvə proqramı ilə bağlı ikitərəfli danışıqlar aparmaq təklifindən imtina edib.

Bu təklif İstanbulda keçirilən görüş zamanı altılıq ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) tərəfindən ortaya atılıb.
Vaşinqton-Tehran formatında danışıqlar keçirilməsini ilk olaraq Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Marqaret Eşton irəli sürüb. O, həm də altılıq ölkələrinin sədridir. Amma İranın danışıqlardakı nümayəndəsinin müavini Əbülfəz Zöhrəvənd bu təklifin İstanbulda keçirilən danışıqların formatına uyğun gəlmədiyi təqdirdə, ona ehtiyac da olmadığını vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!