22 Yanvar, 2011
Oğlunu asılmış vəziyyətdə tapan ana şok keçirdi

Bu gün Qusarda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan Simsar.az-a verilən məlumata görə, Dədəzeyxur kənd sakini 1976-cı il təvəllüdlü Mövsümov Şöhrət Şirinağa oğlu özünü öldürüb. O, yaşadığı evin həyətindəki tövlənin tavanından özünü asaraq intihar edib.

Belə ki, səhər saatlarında Ş.Mövsümovun evdə olmadığını görən anası oğlunu axtarmağa başlayıb. O, 35 yaşlı Şöhrəti asılı vəziyyətdə görəndə şok keçirib.

Məlumatda o da bildirilir ki, intihar etmiş şəxs ruhi xəstə olub. Ş.Mövsümov evli olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!