22 Yanvar, 2011
GÜNELLƏ İBRAHİM TATLISƏSİN ARASINDA NƏ OLUB

Türkiyədə yaşayan azərbaycanlı sənətçi Günel Zeynalova və Türkiyə sənət dünyasının “imperator”u İbrahim Tatlısəs küsülü olduqları barədə yayılan dedi-qodulara aydınlıq gətiriblər.

Küsülü olduqları deyilən iki sənətçi Türkiyənin məşhur “Günay” restoranında əl-ələ görünərək şayiələri təkzib ediblər. 
Günel açıqlamasında Tatlısəsdən yaradıcılıq təklifi aldığını deyib: “İbrahim bəy “Günay” restoranında səhnə almışdı. Mən də onu dinləməyə getdim. İbrahim bəy məni səhnəyə dəvət etdi, Azərbaycan musiqisini, qardaşım Tunarı və məni təriflədi. Sənətçi təkcə bu sözlərlə şayiələrə aydınlıq gətirməyib. Məni öz musiqi şirkətinə - “İDOBAY”a əməkdaşlığa dəvət edib”.
Qeyd edək ki, Azərbaycan mətbuatında bir müddət öncə Günellə İbrahim Tatlısəsin küsülü olduğu, hətta Tatlısəsin Güneli səhnədən uzaqlaşdırdığı barədə xəbərlər yayılmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!