22 Yanvar, 2011
Zamiq 2011-ci ildə pərəstişkarlarına iki duet təqdim edəcək.

Duetlərdən biri artıq hazırdır. Sözügedən mahnı “Sev” adlanır.

Musiqisi İsmayıl Əsədova məxsusdur. Müğənni həmin mahnını Sevda Yahyayeva ilə birlikdə hazırlayıb. 
İkinci duetin Çingiz Mustafayevlə oxunacağı nəzərdə tutulub. Bu barədə Zamiqin mətbuat katibi Ləman Tağıyeva məlumat verib: “Çingiz Mustafayev ilə nəzərdə tutulan duet hələ hazır deyil. Bir aya yaxındır ki, əməkdaşlıq barədə müzakirə gedir. Hər iki tərəfin işləri olduğu üçün hələlik reallaşmayıb”.
Zamiq daha öncə açıqlamasında kişi müğənniləri arasında təkcə Tarkanla duet oxuyacağını açıqlamışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!