29 Mart, 2013
İstanbulu içindən fəth edən sultan

Bu gün Fateh Sultan Mehmedin doğum günüdür

Sultan Mehmed 29 mart 1432-ci ildə Ədirnədə anadan olub. O, Sultan II Muradın Hümə Xatundan olan dördüncü oğludur.
Fateh Sultan Mehmed uzun boylu, dolğun yanaqlı, əyri burunlu, qüvvətli əzələli bədənə malik bir sultan idi. Öz dövrünün elmlərinə sahibdi və yeddi xarici dil bilirdi. Alim, şair və sənətkarları tez-tez yanına toplayar, onlarla söhbət etməyi xoşlayardı. Fateh Sultan Mehmed soyuqqanlı və cəsur insan idi. Dahi sərkərdə və idarəçi, Fateh oxumağı çox sevərdi. Farsca və ərəbcəyə çevrilmiş dini və fəlsəfi əsərləri oxuyardı. Hansı din və məzhəbə aid olursa olsun bütün alimləri qorumaqda və onlara əsərlər yazdırmaqda idi. Elmə böyük əhəmiyyət verən Sultan Mehmed kənar ölkələrdə yaşayan alimləri İstanbula gətizdirdi. Necəki, böyük astronomiya alimi Əli Quşçu onun zamanında İstanbula gəldi.
Fateh Sultan Mehmed 1481-ci ilə qədər sultanlıq edərək, 25 dəfə şəxsən cihad səfərində iştirak edib. O, təmkinli və verdiyi qərarlar qətiyyətlə yerinə yetirən bir şəxsiyyətə sahib idi. Dövlət idarəsində olduqca sərt idi. Döyüşlər zamanı çox cəsur olar və hər hansı pozulmanın qabağını almaq üçün irəli atılaraq şəxsən əskərləri təşviq edərdi.
Sultan II Mehmed İstanbulu fəth edərək 1100 illik Şərqi Roma İmperiyasını ortadan qaldıraraq Fateh ünvanını qazandı. O, Hz.Rəsulullahın (s) bir hədisi-şərifində müjdələdiyi İstanbulun fəthini gerçəkləşdirərək böyük komandan olmağı bacardı. Belə ki, hədisdə Peyğəmbərin: (s.a.v.) “Konstantiniyyə, mütləq fəth olunacaq. Onu fəth edən komandan nə böyük komandan, onu fəth edən əsgər nə böyük əsgərdir”. Məhz bu fəthə görə ona 1451-ci ildə Fateh təxəllüsü verildi.

Bu böyük insan 1481-ci ildə may ayının 3-də vəfat edib.
Şəhərin fəthi isə çox maraqlı tarixi hadisə ilə yadda qalıb. Belə ki, uzun mühasirədən sonra şəhəri fəth etməyin tək bir yolu vardı. Genuya və Venetsiyadan dəniz yolu ilə daxil olan köməyin qarşısını almaq və şəhəri tam mühasirəyə almaq. Bunun üçün Osmanlı gəmilərinin Haliçə keçirməyin yolu tapılmalı idi. Sultan şəhərə hücumun dayandırılmasını və ordunun istirahət etməsini əmr etdi. Bir həftəlik istirahət zamanı əsgərlər ətrafdakı ağacları qırır və tirləri indiki Dolmabaxça ilə Haliç arasındakı quru əraziyə döşəyirdilər. Qala bürclərindən bunu izləyən bizanslılar nə baş verdiyini anlaya bilmirdilər. Yalnız üzərinə zeytun yağı sürülmüş gəmilərin tirlərin üstü ilə Haliçə endirildiyini görəndə bizanslılar dəhşətə gəldilər. Sultan Mehmed normal insanın düşünə və reallaşdıra bilməyəcəyi bir işi həyata keçirə bilmişdi. İki günün içində 70-ə qədər gəmi Haliçə endirilmişdi. Artıq Konstantinopol heç bir yerdən ərzaq yardımı belə ala bilməyəcəkdi. Fatehin zəkası sayəsində İstanbul içindən fəth olunmuşdu...

Aqşin

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!