28 Mart, 2013
"TRT"nin dörd kanalında 31 Mart Soyqırımı yayımlanacaq

.

Türkiyə "TRT" kanalı vasitəsi ilə Azərbaycanın ağrı-acısına şərik olacaq. "TRT" Bakı Təmsilciliyindən Simsar.az-a verilən məlumata görə, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü "TRT"nin dörd kanalında yayımlanacaq xəbər və proqramlar vasitəsilə dünyaya çatdırılacaq.
"TRT" Bakı Təmsilciliyi tərəfindən "Tarixin Qara Səhifəsi" və "Qafqazlardan Əsən Yellər" adlı iki proqram hazırlanıb. "Tarixin Qara Səhifəsi'' adlı proqram Azərbaycan İqtisad Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü keçiriləcək tədbirdə qonaqlara təqdim ediləcək.
Bu proqramlar "TRT Haber", "TRT Türk", "TRT Avaz" və "TRT Anadolu" kanallarında yayımlanacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!