22 Yanvar, 2011
İslam Partiyasının Astara rayon təşkilatı sədrinin evində xeyli silah-sursat aşkarlanıb

Astara sakinin mənzilindən silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ruhulla Axundzadənin həyətindəki yardımçı təsərrüfatda bir ədəd baraban tipli tapança, 4 nömrəsi silinmiş AK markalı avtomat, 9 ədəd qumbara, 10 ədəd alışdırıcı, 2 ədəd 200 qramlıq trotil şaşkası, 3 ədəd güllə darağı, 510 ədəd müxtəlif çaplı güllə aşkar edilərək götürülüb. 

Qeyd edək ki, Ruhulla Axundzadə dövlət qeydiyyatı olmayan İslam Partiyasının Astara rayon təşkilatının sədridir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!