18 Mart, 2013
BAKI BAYRAMA HAZIRLAŞIR – REPORTAJ – FOTOSESSİYA

.

Sabah paytaxtda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı ilə bağlı tədbir keçiriləcək. Qız Qalasından Saat Qülləsinə qədər olan ərazidə Azərbaycanın bir çox rayon və şəhərlərinə xas olan şirniyyatlar, xalçalar, regionların adət-ənənələrinə uyğun folklor nümunələri nümayiş etdiriləcək. Bəzi məhsulların satışı da təşkil olunacaq. Tədbir çərçivəsində konsert proqramı da təşkil olunub. Tədbir saat 10:00-da başlayacaq və saat 21:00-dək davam edəcək.
Biz də hazırlıqlarla tanış olmaq üçün şəhərin mərkəzi yerlərinə üz tutduq. Bulvarda və Qız qalasının ətrafında bayram üçün hazırlıq edən işçilərlə qısa söhbət etdik. Onlar bütün işlərin sabaha kimi tamamlanacağını bildirdilər. Paytaxt sakinlərinin bayramla bağlı fikirlərini öyrənmək istəsək də, bizə bir-iki nəfərdən başqa heç kim cavab vermək istəmədi. Cavab verənlərin də bəziləri bayram əhval ruhiyəsinin tam hissedilmədiyini bildirdilər. Kimi bunu havayla əlaqələndirdi, kimi də köhnə bayramlar üçün darıxdığını söylədi.
Bayram ilə bağlı aparılan hazırlıqların fotoşəkillərini təqdim edirik:

Turanə  Zeynallı

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!