21 Yanvar, 2011
PREZİDENT LÖKBATANDA OLUB

Prezident İlham Əliyev yanvarın 21-də Bakının Lökbatan qəsəbəsində Heydər Parkının, Heydər Əliyev Mərkəzinin və “Cırtdan” uşaq əyləncə parkının açılışlarında iştirak edib.

AzərTAc-ın məlumatına görə, Heydər Parkında aparılmış əsaslı yenidənqurma və abadlıq işləri nəticəsində parkda yeni yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb, fəvvarə tikilib. Parkın ərazisində Heydər Əliyev Mərkəzi inşa edilib.
İlham Əliyev Qaradağ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşəndən, mərkəzin rəmzi açılışını bildirən lenti kəsəndən sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəsəbə ərazisində yeni salınmış “Cırtdan” uşaq əyləncə parkı ilə tanış olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!