21 Yanvar, 2011
Paytaxt Kürdəmirə köçürülür?

Bu barədə söz-sohbətlər getdikcə ciddiləşir

Xeyli müddətdir paytaxtın Bakıdan köçürülməsi məsələsi qeyri-rəsmi dairələrdə, daha doğrusu sadə insanlar arasında müzakirə olunmaqdadır. Bakının həddindən artıq yüklənməsi, respublikanın təbii, insan və sənaye resurslarının böyük hissəsinin burada cəmləşməsi regionların sosial-iqtisadi inkişafdan geri qalmasına səbəb olur. Həmçinin Bakının məsafə yaxınlığı baxımından ölkəmizin heç də bütün rayonları üçün əlverişli olmadığı məlumdur. Belə olanda paytaxtın daha münasib bir bölgəyə köçürülməsi məsələsi gündəmə gəlir. 
Gəzən söz-söhbətlərə görə, paytaxtın Azərbaycanın coğrafi mərkəzinə - təxminən Kürdəmir-Ucar rayonlarına köçürülməsi planı var. Həmin rayonların təbii relyefi seysmoloji baxımdan passiv olsa da, iqlimi arid qurşağa daxil olduğundan yay həddindən artıq isti-quraq, qışı isə sərtdir. Turizm üçün əhəmiyyətli zona hesab edilməyən aran rayonlarının mühümlüyü digər rayonların sakinlərinin bura rahat gəlib-getməsində, yeni infrastrukturların işlənilib-hazırlanmasının rahatlığındadır.
Ekspertlər paytaxtın respublikanın aran bölgəsinə köçürülməsini mümkün saysalar da, bu planın yaxın illərdə işə düşəcəyinə inanmırlar. Qeyd olunur ki, Bakı şəhəri paytaxt kimi artıq öz əhəmiyyətini itirib. Tikinti işlərinin necə gəldi aparılması, günü-gündən sıxlığın artması Bakının bundan sonra paytaxta oxşaması üçün imkanlar tükənib.
Rəsmi qurumlar paytaxtın köçürülməsilə bağlı suallara aydınlıq gətirməsələr də, müşahidələr göstrir ki, əslində Bakının miylonçu şəhər kimi qalaraq, digər bölgənin paytaxt elan olunması əslində hökumətin də marağındadır.
RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!