13 Mart, 2013
Türkiyənin məşhur aktyoru vəfat etdi

.

Türkiyənin məşhur aktyoru Dinçer Çəkməz İstanbulda həyatını itirib. Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kamal Sunalla birgə rol aldığı filmlərlə tamaşaçıların sevgisini qazanan aktyorun ölüm xəbəri haqqında İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının rəsmi saytında məlumat verilib. Aktyorun ölümünü qızları Facebook səhifələrində yazdıqları status ilə təsdiq ediblər: “Sevgili dostlar, təəssüf ki, doğrudur, böyük sənətçi Dinçer Çəkməzi bu gün itirdik. Kədərimiz böyükdür ...”.

Aktyor “Şərq bülbülü”, “Tarzan rıfkı”, “İnək şaban”, “Şaban əsgərdə”, “Süd qardaşlar”, “Şabanoğlu Şaban” film və müxtəlif seriallarda rol alıb.

İlknur Salamova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!