13 Mart, 2013
Krım türkləri Novruz bayramını qeyd edəcək

.

Krım Türkləri Kültür və Yardımlaşma Dərnəyi Krımda Novruzun necə qeyd edildiyini göstərmək üçün şənliklər təşkil edəcəklər. Simsar.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Krımın ən tanınmış rəqs və musiqi qruplarından olan Krım Ansamblı martın 16-da Ankarada baş tutacaq şənlikdə iştirak edəcəklər.Krım Ansamblı mart ayı ərzində Türkiyənin 15 şəhərini gəzərək 16 konsert verəcək. Belə ki, onlar Ankaradan sonra Eskişəhər, Manavqat, Konya, Balıkesir və Bursada öz rəqslərini təqdim edəcəklər.

Krım Türkləri Kültür və Yardımlaşma Dərnəyi səlahiyyətliləri bu Novruz şənliklərinin krım türklərinin adət-ənənələrini tanıtmaq məqsədi daşıdığını bildiriblər.

İlknur Salamova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!